BAYRAQDAR MEDİA – Güney Azərbaycanlı milli fəal və siyasi məhbus Abbas Lisani Tehranda bədnam Evin zindanında saxlanılan siyasi məhbusun həbsxanada yataq böcəklərinin olması ilə bağlı şikayət məktubunu yayıb.
Bu barədə xəbəri “Azad İran” Telegram kanalı Abbas Lisaniyə istinadla verib.
Məktubda deyilir ki, “yataq qurdlarına dözmək işgəncəsi bizim məhkumluğumuzun bir hissəsidir? Bəzi məhbuslar yataq böcəyinin dişləməsi səbəbindən gecələr yata bilmir və yuxu dərmanı istifadə etmək məcburiyyətində qalırlar”.
Xəbərə görə, İranın ədliyyə-məhkəmə sisteminə bağlı media qurumu həbsxanada böcəklərin olmasını inkar edən məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl güneyli siyasi məhbuslar həbs müddətində bu işgəncəyə dəfələrlə etiraz edib.