Press "Enter" to skip to content

Səfir Balkan vilayətində olub

Görüşlərdən xatirə fotosu

Son yeniləmə: 16 May 2024 08:39

BAYRAQDAR MEDİA – Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov Balkan vilayətinə işgüzar səfər edib.

Bu barədə orient.tm saytı məlumat yayıb.

Bildirilib ki, “səfər çərçivəsində Q.Gözəlov Balkan vilayətinin meri, Türkmənbaşı bələdiyyəsinin sədri, Türkməndənizderyayolları Xidmətinin rəisi, Türkmənbaşı Beynəlxalq Dəniz Limanının rəhbəri və “Balkan” gəmiqayırma zavodunun direktoru ilə görüşüb, liman və tərsanə ilə tanış olub. Görüşlərdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olunub”.

Məlumata görə, görüşlərdə iki ölkə arasında dəniz nəqliyyatında Türkmənbaşı limanının oynadığı rol, o cümlədən Xəzər Transpress Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafının vacibliyi qeyd edilib: “Bundan əlavə, səfər çərçivəsində Q.Gözəlov Balkan vilayətində yaşayan Azərbaycan soydaşları ilə görüşüb.Görüşdə səfir Azərbaycan dövlətinin xaricdə yaşayan vətəndaşlarına önəm və qayğısından danışıb, Azərbaycan vətəndaşlarının təklif və istəklərini dinləyib, fikir mübadiləsi aparıb”.

Mission News Theme by Compete Themes.