Press "Enter" to skip to content

Qarabağ Universitetində daha iki vakansiya

İş var

BAYRAQDAR MEDİA – Qarabağ Universitetində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifələri üzrə vakansiyalar elan edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “tələblərə cavab verən namizədlər müraciətlərini karabakh@edu.gov.az e-poçt ünvanına göndərə bilərlər. Namizədlər ətraflı məlumatla nazirliyin rəsmi internet səhifəsinin Elanlar bölməsinə daxil olmaqla tanış ola bilərlər”.

Nazirlik qeyd edib ki, yalnız vakansiya tələblərinə uyğun gələn və bütün lazımi sənədləri təqdim edən şəxslərin müraciətlərinə baxılacaq.

Mission News Theme by Compete Themes.