Son yeniləmə: 16 May 2024 08:39
İlqar İlkin: Haaqa məhkəməsi İlhan Aşkınla bağlı qərarını iki həftədən sonra açıqlayacaq
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, bu gün Niderlandda fəaliyyət göstərən Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkının Haaqa şəhər Ağır Cəza Məhkəməsində növbəti məhkəməsi keçirilib.
Bu məhkəmən öncə isə BAYRAQDAR MEDİA-ya açıqlama verən diaspor məsələləri üzrə mütəxəssis İlqar İlkin hər kəsi İlhan Aşkına dəstək verməyə çağırmışdı.
Öz növəbsində mayın 15-də keçirilən məhkəmə barədə də BAYRAQDAR MEDİA-nı bilgiləndirən İlqar İlkin deyib ki, İ.Aşkın vəkili ilə birlikdə məhkəmədə ermənilər tərəfində olunan ittihamlara əsaslı faktlarla cavab verib: “Mən İlham bəylə əlaqə saxladım. O, qeyd etdi ki, məhkəmənin nə qərar verdiyi yalnız iki həftədən sonra bilinəcək. İlhan bəy ümid edir ki, məhkəmə ədalətli mövqe sərgiləyəcək”.
İlqar İlkin sonda bir daha hər kəsi İlhan Aşkına dəstək verməyə səsləyib: “Biz bir neçə dəfə bu çağırışı etmişik. Amma İlhan Aşkın mayın 15-dəki məhkəmədədə Azərbaycan səfirlik nümayəndələrin və diaspor üzvləri tərəfindən dəstəklərini hiss etmədiyini təəssüflə bildirdi. Biz də bundan təəssüf hissi keçiririk və əminik ki, heç olmasa bundan sonra ona dəstək veriləcək. Çünki İlhan bəy Azərbaycanın haqlı davasını müdafiə etdiyi üçün ermənilərin qəzəbinə gəlib”.