BAYRAQDAR MEDİA – İranın İtaliyadakı keçmiş səfiri, anti-Azərbaycan açıqlamaları ilə tanınan Əbülfəz Zöhrəvənd “Şəbab Press” saytına müsahibəsində Azərbaycana qarşı ittihamlar irəli sürüb.
Bu barədə xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Xəbərdə deyilir ki, “Əbülfəz Zöhrəvənd riyakarlıqla Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə Qərb siyasətini və düşüncəsini təbliğ etdiyini iddia edib”.
Əbülfəz Zöhrəvənd Azərbaycan dövlətini “sionist” siyasəti icra etməkdə günahlandırıb: “Biz Azərbaycanın müsəlman ölkələri ilə qardaşlıq əlaqələrinin olmadığını və İsrailin Qəzza və Rəfahda müsəlmanları qətlə yetirdiyi bir vaxtda bu ölkənin “sionist”lərə sadiq mövqe nümayiş etdirdiyini görürük. Azərbaycandan anti-islam siyasətinə son qoymasını və şiələrin həbsi ilə bağlı açıqlama verməsini istəyirik”.
Məlumata görə, o, Azərbaycan əhalisinin 99 faizindən çoxunun şiə olduğunu iddia edərək burada şiələrə qarşı təzyiq göstərdiyini deyib.