Son yeniləmə: 16 May 2024 15:34
Türkiyə Cumhurbaşkanlığı Finans Ofisi Başkanı Prof. Dr. Göksel Aşan TÜİB-in ofisini ziyarət edib
BAYRAQDAR MEDİA – “Azərbaycanla Türkiyə arasında ikitərəfli iqtisadi-maliyyə əlaqələri son illər əhəmiyyətli sürət qazanıb. İki ölkə arasında bu əlaqələr təkcə ticarət həcmi baxımından deyil, həm də strateji tərəfdaşlıq və qarşılıqlı investisiyalar baxımından getdikcə dərinləşir”.
Bu fikirlər Türkiyə Cumhurbaşkanlığı Finans Ofisi Başkanı Prof. Dr. Göksel Aşanın Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) ofisini ziyarət və qurumun rəhbər heyəti ilə görüşü zamanı səslənib.
Prof. Dr. Göksel Aşan: Xüsusilə enerji sektorunda əməkdaşlıq Azərbaycanla Türkiyə arasındakı əlaqələrin təməl daşlarından birini təşkil edir
TÜİB-dən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, görüşdə iki qardaş ölkə arasındakı əlaqələrin inkişafının məmnunluq doğurduğu ifadə edilib: “Bu əlaqlərin hər keçən gün daha da genişləndiyini deyən Prof. Dr. Göksel Aşan bildirib ki, xüsusilə enerji sektorunda əməkdaşlıq Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin təməl daşlarından birini təşkil edir. O, qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan (BTC) Neft Boru Kəməri və Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) kimi irimiqyaslı layihələr enerji resurslarının Türkiyə üzərindən Avropaya nəqlini təmin etməklə regional inkişafa töhfə verir”.
Azərbaycanla Türkiyə arasında ticarət həcmi də durmadan artır
Məlumata görə, Prof. Dr. Göksel Aşan Azərbaycanla Türkiyə arasında ticarət həcminin də durmadan artıdğını bildirib: “İki ölkə arasında ticarətin şaxələndirilməsi və genişləndirilməsi üçün birgə səylər göstərilir. Kənd təsərrüfatı məhsulları, sənaye malları və xidmət sektoru kimi müxtəlif sahələrdə əməkdaşlıq imkanları qiymətləndirilir. Maliyyə sahəsində, bank sektorunda əməkdaşlıq və investisiyalar günü-gündən artır.
Azərbaycan və Türkiyənin maliyyə institutları arasında əlaqələr qarşılıqlı investisiya imkanları ilə yanaşı, bank xidmətləri və maliyyə texnologiyaları sahəsində əməkdaşlıq imkanları təklif edir”.
Hüseyin Büyükfırat: Əlaqələrin inkişafı iş adamlarının və şirkətlərin də daha çevik olmasını, öz fəaliyyətlərini gündəmə uyğun qurmasını tələb edir
Öz növbəsində TÜİB İdarə Heyətinin sədri Hüseyin Büyükfırat deyib ki, sözügedən sahələrdə əlaqələrin inkişafı iş adamlarının və şirkətlərin də daha çevik olması, öz fəaliyyətlərini gündəmə uyğun qurmasını tələb edir: “Azərbaycanla Türkiyə arasında iqtisadi və maliyyə əlaqələrinin gələcəyi kifayət qədər parlaq görünür. İki ölkə ümumi maraqlarını nəzərə alaraq daha da sıx əməkdaşlıq etmək əzmində qalmaqdadır. Əminik ki, bu əməkdaşlıqlar regional sabitliyin və rifahın artmasına töhfə verəcək, o cümlədən həm Azərbaycan, həm də Türkiyə üçün mühüm imkanlar təqdim etməyə davam edəcək. Təbii ki, bütün bunlar eyni zamanda bizlərdən – iş adamları və şirkətlərdən də gözləntilərin daha da artmasın deməıkdir. Yəni əlaqələrin inkişafı iş adamlarının və şirkətlərin də daha çevik olması, öz fəaliyyətlərini gündəmə uyğun qurmasını tələb edir”.
Görüş qarşlıqlı maraq doğuran məsələlərin ümzakirəsi ilə davam edib.