BAYRAQDAR MEDİA – Güney Azərbaycanda prokuror 25 faizlik vergi qanununa etiraz edən sahibkarları hədələyib.
Bu barədə xəbəri “Azad İran” Telegram kanalı verib.
Xəbərdə deyilir ki, “Ərdəbil əyalətinin prokuroru Cəlal Afaqi əyalətin Sənaye, Mədən və Ticarət Təşkilatından qaydaları pozanların mağazalarının bağlanmasını və onların yenidən açılarkən qanuna əməl etmədikdə, biznes lisenziyalarının ləğvi üçün tədbir görülməsini istəyib”.
Prokuror Cəlal Afaqi Ərdəbil şəhərində qızıl satışı ilə məşğul olan sahibkarların etiraz tətilinə toxunaraq güneyli iş adamlarını açıq-aşkar təhdid edib: “Qanuni qaydalar xaricində sahibkarlıq fəaliyyətinin dayandırılması qanun pozuntusu sayılır və bununla mübarizə aparılmalıdır. Qızıl mağazalarının üzrlü səbəb olmadan özbaşına bağlanması alıcılar və satıcılar üçün problem və çətinlik yaradır və həm də cəmiyyətin psixoloji təhlükəsizliyinin pozulmasına bir nümunədir”.