Press "Enter" to skip to content

Bu teatrlara “milli” statusu verildi

Onlar da Milli oldular

BAYRAQDAR MEDİA – Nazirlər Kabineti Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verib.

Bu haqda Azərbaycan Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “yeni status uzun illərdir fəaliyyət göstərən, özünəməxsus sənət ənənələri olan hər iki teatrda çalışan insanların maddi rifahının yaxşılaşmasına, yaradıcılıq fəaliyyətinə böyük stimul olacaq. Hazırda dövlət teatrlarında maddi-texniki bazanın gücləndirilməsi, habelə bu sahədə institusional və məzmun dəyişikliyi istiqamətində işlər davam etdirilir”.

Mission News Theme by Compete Themes.