BAYRAQDAR MEDİA – Mayın 18-i saat 12:00 və 14:00-da Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Milli İncəsənət Muzeyinin yeni – 1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası ekspozisiyalarına həsr olunmuş mühazirələr keçiriləcək.
Bu haqda sözügedən Muzeyin yaydığı xəbərdə bildirilir.
Xəbərdə qeyd edilir ki, “mühazirələrdə həmin dönəmdə təsviri sənətin rəngkarlıq və qrafika sahələrinin keçdiyi inkişaf yolu, burada nümayiş etdirilən əsərlər və onların müəllifləri olan görkəmli Azərbaycan rəssamlarının yaradıcılığından bəhs ediləcək”.