Bildirilib ki, “Aşqabadda keçirilən yubiley konfransında təhsil, təhlükəsizlik, iqlim dəyişikliyi, nəqliyyat və tranzit dəhlizlərinin inkişafı, enerji, rəqəmsal iqtisadiyyat, su ehtiyatlarının idarə edilməsi və ticarət məsələləri müzakirə eidlib. “Türkmənistan və Avropa Birliyi arasında 30 illik əməkdaşlıq: daha yaxşı gələcək naminə birgə işləmək” mövzusunda keçirilən konfransda Türkmənistanın əsas nazirlikləri, idarələri və ictimai təşkilatlarının, bu ölkələrdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, AB proqramları və layihələrinin təmsilçiləri iştirak edib”.
Plenar iclasda baş nazirin müavini, xarici işlər naziri Rəşid Meredov və Avropa Birliyinin Orta Asiya üzrə xüsusi nümayəndəsi Teri Hakala çıxış ediblər. Onlar Türkmənistan ilə AB arasında çoxşaxəli əməkdaşlığın mütərəqqi inkişafını qeyd edib, onun perspektivləri ilə bağlı fikirlərini bölüşüblər.
BAYRAQDAR MEDİA - 2023-cü ildə Aşqabadda Qoşulmama Hərəkatına üzv dövlətlərin tibb və sanitar idarələrinin elmi konfransı keçiriləcək. Bu barədə Atavatan-Türkmenistan məlumat yayıb. Bildirilib ki, Türkmənistan nümayəndə heyəti iyulun 5-7-də Budapeştdə keçirilən Ekologiya və Sağlamlıq üzrə VII Nazirlər Konfransında iştirak edib. Türkmənistan nümayəndə heyəti ÜST-nin Avropa Regional Bürosunun direktoru Hans Kluge…
BAYRAQDAR MEDİA - Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunda “Xalqlar dostluğu gənclərin xoşbəxt gələcəyinin təminatıdır” adlı beynəlxalq gənclər konfransı və sərgisi keçirilib. Bu barədə türkmenportal.com məlumat yayıb. Bildirilib ki, toplantıda ölkənin ali təhsil müəssisələrinin professor-müəllim və tələbələri, Mahtımqulu adına Türkmənistan Gənclər Təşkilatının rəhbərləri və fəal üzvləri, ölkədə fəaliyyət göstərən…
BAYRAQDAR MEDİA - Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun sədrliyi ilə Aşqabadda bu ölkənin UNESCO üzrə Milli Komissiyasının növbəti iclası keçirilib. Bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən türkmenportali.com məlumat yayıb. Bildirilib ki, “iclasda hökumət üzvləri, aidiyyəti nazirlik və idarələrin rəhbərləri iştirak ediblər. İclasda məlumat verilib ki, 2023-cü…
1991-ci ildən jurnalistika ilə məşğul olur. Bir sıra qeyri-hökumət təşkilatlarının fəaliyyətində yaxından iştirak edib. 1993-cü ildən etibarən beynəlxalq təşkilatların ölkəmizdə keçirdiyi siyasi partiyalar, QHT sektoru, insan hüquqları, həmçinin jurnalistika ilə bağlı seminar, dəyirmi masa və treninqlərin iştirakçısı olub. Azərbaycanın daxili və xarici siyasəti, beynəlxalq münasibətlər, o cümlədən Türkiyə və Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə bağlı çoxsaylı yazıların müəllifidir. Azərbaycan və türk dilində yazır və danışır.
nihat@bayraqdar.info