Son yeniləmə: 16 May 2024 16:42
BAYRAQDAR MEDİA – 2024-cü ilin aprel ayında respublikada gündəlik neft (kondensatla birlikdə) hasilatı 596 min barel olub. Bunun 476 min barelini xam neft, 120 min barelini kondensat təşkil edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 16-da Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil edir.