BAYRAQDAR MEDİA – 14 may 2024-cü ildə Suriyanın münaqişə bölgələrinə getmiş 5-i uşaq və 3-ü qadın olmaqla 8 nəfər Azərbaycan vətəndaşının qaytarılması həyata keçirilib.
Bu barədə xəbər BAYRAQDAR MEDİA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, geri qaytarılanların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Daha sonra İraq və Suriyadan Azərbaycan vətəndaşlarının qaytarılmasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, onların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub. Türkiyənin İstanbul şəhərindəki Azərbaycan Baş Konsulluğu müvafiq əlaqələndirmə işi apararaq vətəndaşları ölkəyə qayıdış şəhadətnamələri ilə təmin edib və onlar ölkəyə gətirilib.
Qeyd edək ki, Azərbaycan xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş vətəndaşlarının geri gətirilməsi üçün zəruri tədbirlərin görülməsini davam etdirir.