Arzu Bağırova: Qardaş ölkələrin şəhidləri kimi onların ailələri də hər birimiz üçün əzizdir
BAYRAQDAR MEDİA – Qardaş Türkiyədən olan bir qrup şəhid ailəsi Azərbaycana səfərə gəlib.
Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 15-də səfər proqramının təşkilatçısı “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyindən (RHİMİB) məlumat verilib.
Məlumata görə, “Kırşehir Şəhid Ailələri“ İctimai Birliyinin rəhbərliyi və fəalları səfərin ilk günü RHİMİB-in rəhbərliyi ilə görüşüb: “Qardaş ölkənin əziz şəhid ailələri, ictimai fəalları ilə səfərin ilk günü görüşən RHİMİB sədri Arzu Bağırova onları “bir vətəninizdən o biri vətəninizə xoş gəlmisiniz” sözləri ilə qarşılayıb. Qardaş ölkələrimizin şəhidləri kimi onların ailələrinin də hər birimiz üçün əziz olduğunu vurğulayan RHİMİB sədri, uyğunprofilli qurum və quruluşlar arasında əməkdaşlığın ümumi işimizə faydalı olduğunu bildirib”.
Məlumatda əlavə edilib ki, görüşdə Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Ekber Qoşalı, DGTYB başqanı İntiqam Yaşar, “Türk Ədəbiyyatı Vəqfi”nin yetkilisi İmdat Avşar və b. iştirak edib: “Qeyd edək ki, qardaş ölkənin əziz şəhid ailələri mayın 15-də Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını ziyarət edib, şəhərimizin tarixi-mədəni abidələri ilə tanış olublar. Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Dos. Dr. Cahit Bağcı şəhid ailələri və RHIMIB sədri Arzu Bağırovanı səfirlikdə qəbul edib”.
Şehit Aileleri Kafkas İslam Ordusunun İzinde projesi kapsamında Bakü’yü ziyaret eden Kırşehir Şehit Aileleri Sosyal Yardımlaşma ve Dayanışma Derneği üyelerini Büyükelçiliğimizde ağırladık. pic.twitter.com/ees2aix1vH
— Türkiye in Azerbaijan (@TC_BakuBE) May 15, 2024
Qeyd edilib ki, qəbul zamanı iki ölkı arasında qardaşlı bağlarının sarsılmaz və əbədi olduğu xüsusu vurğulanıb. Görüş zamanı qarşlıqlı xatirə hədiyyələri təqdim edilib”.
RHIMIB-dən BAYRAQDAR MEDİA-ya verilən məlumatda, həmçinin bildirilib ki, “Kırşehir Şəhid Ailələri“ İctimai Birliyinin səfəri zəngin proqramla müşahidə olunur. Səfər porqramı çərçivəsində mayın 16-da “Nizami” Kino Mərkəzində şəhid ailələrinin şərəfinə ədəbi-bədii gecə təşkil ediləcək”.