BAYRAQDAR MEDİA – Elm və Təhsil Nazirliyi (ETN) yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) SABAH qrupları İcra Komitəsinin nümayəndələri Naxçıvan Dövlət Universitetində (NDU) olublar.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETN-nin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Universitetin tələbə heyəti ilə görüş keçirən qonaqlar məlumat veriblər ki, 2024–2025-ci tədris ilindən NDU-da tibb ixtisası üzrə SABAH qrupları fəaliyyətə başlayacaq. Qeyd edək ki, SABAH qrupları ETN-nin təşəbbüsü ilə 2014–2015-ci tədris ilindən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədi ilə formalaşdırılıb. Bu qruplar hazırda 10 ali təhsil müəssisəsində 55 ixtisas üzrə 4 minə yaxın tələbəni əhatə edir”.