BAYRAQDAR MEDİA – Fars-molla rejiminin idarə etdiyi İranda sənaye inkişafının plansız olması sənaye şəhərciklərini fəlakətlə üz-üzə qoyub.
Bu barədə xəbəri “Azad İran” Telegram kanalı “Keyhan” qəzetinə istinadla verib.
Xəbərdə deyilir ki, “İranın sənaye sahələrinin 77 faizi istehsal gücündən az məhsul buraxır. Mayın əvvəlində “İran tekstil sənayesinin anası” İsfahan poliakril fabrikinin bağlanması haqqında xəbər dərc edilib. Fabrikin bağlanması bu istehsal müəssisəsində işləyən 2 min nəfərin sadəcə işsiz qalması demək deyil, həm də İranın tekstil sənayesinə ölümcül zərbədir”.
İranın Sənaye, Mədən və İqtisadiyyat Nazirliyinin rəsmi hesabatına istinad edən bir mütəxəssis bildirib ki, “ölkədə 10 böyük zavodun 7 şirkəti ötən ilin müvafiq dövrü ilə müqayisədə istehsalı kəskin azaldıb. Gündəlik istehsal gücü 300 ton olan Kərəcdəki şəkər zavodu isə iflasa uğrayaraq yarı bağlanmış vəziyyətdədir”.
Qeyd edək ki, indiyə qədər İranda 6 min 885 fabrik tamamilə bağlanıb.