Son yeniləmə: 15 May 2024 18:16
BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” üzrə Əlaqələndirmə Qrupunun iclası keçirilib.
Bu barədə xəbər BAYRAQDAR MEDİA-ya Nazirliyin mətbuat xidmətindən verilib.
Bildirilib ki, “Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı nazirliklərinin, Mərkəzi Bankın, Dövlət Gömrük Komitəsinin, Dövlət Turizm Agentliyi nümayəndələrinin iştirakı ilə keçirilən iclasda Dövlət Proqramı üzrə Əlaqələndirmə qrupunun 2024-cü il üçün Yol Xəritəsinin təqdimatı edilib, monitorinq və qiymətləndirmə sahəsində görülən işlər müzakirə olunub. Dövlət Proqramı çərçivəsində yeni qanunvericilik və təşəbbüs layihələrinin Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın digər işçi qruplarında özəl sektorun iştirakı ilə müzakirəyə çıxarılması ilə bağlı mexanizmin təqdimatı keçirilib”.
Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin daha effektiv və keyfiyyətli icrası məqsədilə İqtisadiyyat Nazirliyinin rəhbərliyi altında xüsusi Əlaqələndirmə Qrupu yaradılıb.