Press "Enter" to skip to content

Güney Azərbaycanlı fəal Ermənistanı ifşa etdi

Əhməd Bayburdi

BAYRAQDAR MEDİA – May ayının 14-də Güney Azərbaycanlı ekofəal Əhməd Bayburdi sosial media hesabında Ermənistanın iki müəssisəsinin çirkablarının Araz çayına axıdılmasına dair ifşaedici məlumat paylaşıb.

Bu barədə xəbəri “Azad İran” Telegram kanalı yayıb.

Əhməd Bayburdi Ermənistanın ətraf mühiti çirkləndirən iki müəssisəsini müəyyən etdiyini bildirib: “Onlardan biri Nurduz sərhədində yerləşir və çirkablarını Araz çayına axıdır. Bu, Ermənistanın beynəlxalq müqavilələrə və konvensiyalara laqeyd yanaşdığını, habelə çirkləndirmənin qarşısını almaqda ciddi olmadığını göstərir. İran tərəfində isə əkin sahələri həmin çirkli sularla suvarılır”.

Əhməd Bayburdi vurğulayıb ki, “bölgədə iri yataqlardan biri olan Ermənistanın Qacaran açıq mis və molibden yatağı ağır metal zərrəcikləri olan zavodun çirkablarını Araza axıdır. Ermənistan tullantıların çaya axıdılmasının qarşısını almaqla bağlı illər öncə öhdəlik götürüb. İran hökuməti bununla bağlı yoxlama aparmaq və faktları təqdim etməklə tədbir görməlidir”.

Mission News Theme by Compete Themes.