Press "Enter" to skip to content

“BM söyləşiləri”ndə bu dəfə Xəzərdən bəhs edilib

Növbəti mövzu “Dəniz sahili və iqlim dəyişikliyi: sahil eroziyası, dəniz səviyyəsinin qalxması və Xəzər dənizi sahilində sahillərin idarə olunması strategiyaları” olub

Son yeniləmə: 15 May 2024 18:02

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Azərbaycanda keçiriləcək “COP 29” qardaş Türkiyənin də diqqət mərkəzindədir. Belə ki, Divan Araştırma ve Eğitim Derneğinə bağlı olan Türk Dünyası İzleme Merkezi reallaşdırdığı “BM söyləşiləri” proqramında məhz bu mövzuda silsilə müzakirələr aparılır.

Növbəti mövzu enerji sektorunda davamlılığa həsr ediləcək

Beləliklə, “BM söyləşiləri” proqramı çərçivəsində bu həftə 8-ci dəfə keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya , Divan Araştırma ve Eğitim Derneğindən məlumat verilib.

Bildirilib ki, “bu dəfəki mövzu “Dəniz sahili və iqlim dəyişikliyi: sahil eroziyası, dəniz səviyyəsinin qalxması və Xəzər dənizi sahilində sahillərin idarə olunması strategiyaları” olub. Gülşah Ciner təqdimatına sahil eroziyasının səbəblərinə, sahil eroziyası nəticəsində yaranan torpaq itkilərinə, infrastrukturdakı problemlərə və biomüxtəliflik baxımından canlıların həyatına mənfi təsirlərinə toxunmaqla başlayıb. Azərbaycan üçün çox vacib olan Xəzər dənizinə tarixi baxımdan müraciət edən G.Ciner bildirib ki, Xəzər dənizində və Asiya sahillərində sahil eroziyasının 50 faizdən çoxu orada baş verir”.

Məlumata görə, G.Ciner təqdimatında, həmçinin Xəzər regionunun enerji ehtiyatlarının əksəriyyətinə malik olduğu üçün geologiya və geosiyasət baxımından bugünkü əhəmiyyətini qoruduğunu vurğulayıb: “Mühüm mövqeyinə görə Xəzər dənizinin hüquqi statusu məsələsi təqdimatda diqqətlə müzakirə edilən digər bir məsələ olub. Xəzər dənizi ilə həmsərhəd ölkələrin bu statusla bağlı münasibətinə toxunan G.Ciner təqdimatını sahil idarəetmə strategiyalarına toxunaraq tamamlayıb”.

Məlumatda o da qeyd edilib ki, təqdimatın sonunda iştirakçılar 11-22 noyabr 2024-cü il tarixlərində keçiriləcək konfransı səbirsizliklə gözlədiklərini, xüsusən də Azərbaycanın COP-29 çərçivəsində sahil eroziyası probleminin həlli yollarını və sahillərin idarə olunması strategiyalarını təklif edəcəyini bildiriblər.

Mission News Theme by Compete Themes.