Press "Enter" to skip to content

“Birgə fəaliyyət planı” imzalanıb

İmzalanma zamanı

BAYRAQDAR MEDİA – Türk Dövlətləri Təşkilatı (TDT) daxilində əlaqələr hər keçən gün daha da güclənir. Bu arada isə TDT ilə Macarıstanın Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi arasında “Birgə fəaliyyət planı” imzalanıb.

Bu barədə təşkilatın X sosial şəbəkə hesabından məlumat verilib.

Bildirilib ki, sənəd TDT-Avropa Birliyi (AB) əlaqələrinin inkişafına dəstək məqsədi daşıyır.

Qeyd edilib ki, sözügedən sənəd TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev ilə Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri Peter Siyartonun görüşü zamanı imzalanıb.

Mission News Theme by Compete Themes.