BAYRAQDAR MEDİA – Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində Tibb ixtisası üzrə SABAH qrupunun təqdimatı olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Universitetdən məlumat verilib.
Məlumata görə, tədbirdə ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Məlumatda deylir ki, sonra Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edib: “E.İsayev bildirib ki, ölkəmizin ali təhsil sisteminin ən mütərəqqi layihəsi olan SABAH qrupu universitetin tibb ixtisası üzrə təhsil alan tələbələri üçün nəzərdə tutulub. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Naxçıvan Dövlət Universiteti üçün nəzərdə tutulmuş prioritet məsələlərdən biri də tibb təhsili üzrə peşəkar kadrların hazırlanması, maddi-texniki bazanın gücləndirilməsi, yeni tədris korpusunun yaradılması, araşdırma tədris klinikasının fəaliyyətinin təmin olunmasıdır”.
Xəbərə əsasən, rektor çıxışında vurğulayıb ki, Azərbaycanda ilk dəfə olaraq məhz Naxçıvan Dövlət Universitetində Tibb ixtisası üzrə SABAH qruplarının təqdimatının keçirilməsi mütərəqqi haldır: “Çox şadıq ki, bu gün ölkəmizin qabaqcıl bir prqramının layihəsi əlamətdar bir ildə Naxçıvan Muxtar Respublikasının 100 illiyi, Tibb fakültəmizin 25 illiyi, SABAH quruplarının 10 illiyində məhz tibb ixtisasına şamil olundu. Belə bir əlamətdar ildə Naxçıvan Dövlət Universitetində belə bir proqramın fəaliyyətə başlaması muxtar respublikamızın gələcəkdə peşəkar həkim mütəxəssisləri ilə təmin olunmasına öz töhfəsini verəcək. Ümidvarıq ki, yüksək balla universitetə qəbul olmuş tələbələrimiz tədris ilində göstərdikləri yüksək nəticələrə görə hərmin quruplarda təhsil almaq imkanı qazanacaqlar”.
Məlumatda daha sonra deyilir: “Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini, nazir vəzifələrini icra edən Elxan Nəcəfov ölkəmizdə təhsilin inkişafına göstərilən qayğıdan danışıb. Nazir “Naxçıvan Muxtar Respublikası ümumtəhsil müəssisələrində 70-ə yaxın tibb ixtisası istiqamətində hazırlaşan şagirdlərimiz bugün təqdimatda iştirak etdilər. Düşünürəm ki, bu Naxçıvan Muxtar Respublikası şagirdlərinin də tibb ixtisasına yönəlməsində və bu qruplar üçün rəqabətli oxumasına və nəticə göstərməsinə böyük bir stimul olacaq. Bildirilib ki, 4-cü ixtisas qrupu üzrə, xüsusilə də həkimlik ixtisasına hazırlaşan şagirdlərimizüçün bu olduqca əla fürsətdir” deyib”.
Sonra tədbirdə videoçarx göstərilib.
SABAH qrupları İcra Komitəsinin rəhbəri Elza Səmədova geniş məlumat verib.
Tədbirdə həmçinin Tibb fakültəsinin dekanı İlhamə Mustafayeva, tibb ixtisası üzrə 1-ci kurs tələbəsi, Prezident təqaüdçüsü İnci Fərəcova çıxış ediblər.
Tədbir bədii hissə ilə davam edib.