Son yeniləmə: 15 May 2024 15:23
BAYRAQDAR MEDİA – Bolqarıstan Mərkəzi Seçki Komissiyası səsvermə zamanı çaşqınlığa yol verməmək üçün iyunun 9-da keçiriləcək seçkilərdə bülletenlərin fərqli olacağını açıqlayıb.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Bildirilib ki, “Kağız seçki bülletenləri müxtəlif rənglərdə olacaq: Arxadakı zolaq ilə Xalq Məclisinə seçkilərdə iştirak edən partiya və koalisiyaların adları və nömrələri Bolqarıstanın meşəsi və otu kimi yaşıl, Avropa Parlamenti üçün isə AB bayrağının olduğu kimi mavi rəngdə olacaq. Hər iki kağız kbülletenin uzunluğu 50 sm olacaq”.
Mərkəzi Seçki Komissiyası vurğulayır ki, səsin etibarlı olması üçün seçici təkcə imtiyazlı səsi deyil, həm də partiya və ya koalisiya nömrəsini qeyd etməlidir: “Elektron səsvermədə istifadə edilən seçki bülletenləri müxtəlif uzunluqlarda olacaq. Həftənin sonuna qədər Mərkəzi Seçki Komissiyası ölkələrdə seçki mərkəzlərinin harada yerləşəcəyi, həmçinin bu yerlərdə seçki qutularının sayı ilə bağlı qərar verəcək”.