Press "Enter" to skip to content

“ASAN xidmət”in növbəti qonağı

Görüş zamanı

Son yeniləmə: 15 May 2024 15:24

Minsk Şəhər İcraiyyə Komitəsinin sədri Vladimir Kuxarev “ASAN xidmət” mərkəzi ilə tanış olub

BAYRAQDAR MEDİA– Belarusun Minsk Şəhər İcraiyyə Komitəsinin sədri Vladimir Kuxarev “ASAN xidmət” mərkəzi ilə tanış olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 15-də “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa “ASAN xidmət”in yaradılması məqsədləri, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi diqqətə çatdırılıb”.

Məlumata görə, qonaq “ASAN xidmət” konsepsiyasını yüksək qiymətləndirib, dövlət xidmətlərinin göstərilməsi və sosial innovasiyaların təşviqi istiqamətində Dövlət Agentliyi tərəfindən həyata keçirilən fəaliyyətin onlarda xoş təəssürat yaratdığını bildirib.

Bundan əlavə, Belarus Respublikasının nümayəndəsi “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə də tanış olub.

Mission News Theme by Compete Themes.