Press "Enter" to skip to content

Alparslan Bayraktardan önəmli açıqlama

Alparslan Bayraktar

Son yeniləmə: 15 May 2024 12:18

Türkmənistan qazının Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə nəqli ilə bağlı razılıq əldə edilib

BAYRAQDAR MEDİA – Mayın 14-də İstanbulda Türkiyə ilə Azərbaycan arasında təbii qaz sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

Bunu xəbəri Türkiyə mediasına istinadən orient.tm saytı yayıb.

Xəbərdə qeyd edilib ki, sazişi Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov imzalayıblar: “Mərasimdən sonra keçirilən mətbuat konfransında A.Bayraktar bildirib ki, bu gün imzalanan saziş Azərbaycan və Xəzər regionundan Türkiyəyə, eləcə də Türkiyə vasitəsilə Avropaya əlavə həcmdə təbii qazın nəqlini nəzərdə tutur. “Bundan əlavə, biz Türkmənistan qazının Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə nəqli barədə razılığa gəldik”, – deyə nazir əlavə edib”.

Məlumata görə, nazir qeyd edib ki, iki ölkə bir çox layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəmərini birgə həyata keçirib: “Bu neft kəməri Azərbaycan neftinin, eləcə də Xəzər regionundan və Qafqazdan çıxarılan neftin Türkiyəyə və Türkiyə vasitəsilə dünya bazarlarına çatdırılmasında mühüm rol oynayır”.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov da Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Orta Asiyanın türk dövlətlərinin birləşməsi üçün əhəmiyyətini qeyd edib.

Mission News Theme by Compete Themes.