Son yeniləmə: 15 May 2024 15:24
BAYRAQDAR MEDİA – “2024-cü ilin yanvar-aprel ayları üzrə operativ məlumatlara əsasən, ötən 4 ay ərzində respublikada elektrik enerjisinin istehsalı 9 248,6mln. kVt•st olub”.
Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “bu dövrdə elektrik enerjisi istehsalı İES-lərdə8 198,0mln. kVt•st, SES-lərdə keçən ilin müvafiq dövrünə nisbətən 332,6mln. kVt•st artımla 794,6mln. kVt•st, digər mənbələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 131,9mln. kVt•st artımla 255,9mln. kVt•st. təşkil edib. 4 ay ərzində külək elektrik stansiyalarında 21,0mln. kVt•st, günəş elektrik stansiyalarında 144,4mln. kVt•st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 90,5mln. kVt•st elektrik enerjisi istehsal edilib”.
Məlumata görə, hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 8 190,7mln. kVt•st (İES-lərdə7 444,9mln. kVt•st, SES-lərdə745,8mln. kVt•st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 132,9mln. kVt•st (İES-lərdə70,3mln. kVt•st, SES-lərdə44,0mln. kVt•st, Günəş ES-də 18,6mln. kVt•st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 14,8mln. kVt•st, müstəqil elektrik stansiyaları üzrə isə 910,1mln. kVt•st təşkil edib: “Yanvar-aprel ayları üzrə elektrik enerjisinin idxalı 62,2mln. kVt•st, ixracı isə 407,0mln. kVt•st olub.n Qeyd edək ki, 2024-cü ilin aprel ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 108,5mln. kVt•st olub. Bu ayda elektrik enerjisinin idxalı 17,9mln. kVt•st, ixracı isə 48,5mln. kVt•st təşkil edib”.