Press "Enter" to skip to content

Türk azlığı iki ölkə arasında sülh körpüsü olmağa üstünlük verir

Batı Trakya

Son yeniləmə: 14 May 2024 11:26

BAYRAQDAR MEDİA – Mayın 13-də Türkiyədə baş nazir Kiryakos Miçotakislə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın görüşü oldu. Təbii ki, bu görüş xüsusilə Batı Trakya türklərinin diqqət mərkəzindədir.

Millet Gazetesi xəbər verir ki, Anadolu Ajansına açıqlamasında Dostluk Eşitlik Barış (DEB) Partiyasınln sədri Çiğdem Asafoğlu görüşdən gözləntiləri dilə gətirib.

O, Mitsotakisin Türkiyəyə səfərini alqışladığını bildirib və deyib ki, iki ölkə arasında qonşuluq və diplomatik münasibətlər yaxşılaşdırılmalı, mövcud problemlər sülh yolu ilə həll edilməlidir.

Batı Trakya Türk Azlığına edilən haqsızlıqlara baxmayaraq, azlığın iki ölkə arasında sülh körpüsü olmağa üstünlük verdiyini deyən Çiğdem Asafoğlu, ikitərəfli münasibətlərdəki dalğalanmanın bədəlini azlığın ödədiyini qeyd edib.

Azlığın Lozanna müqaviləsi ilə əldə etdiyi bir çox hüquqlardan məhrum edildiyinə diqqət çəkən Çiğdem Asafoğlu, istənilən bölgədən millət vəkili seçilə bilmək üçün ölkə daxilində yüzdə 3 səs toplamaq məcburiyyətinə toxunub: “Hər kəsə məlum olduğu kimi, biz DEB Partiyası olaraq iyunun 9-da keçiriləcək Avropa Parlamentinə (AP) seçkilərdə iştirak edirik. Milli parlamentdə səsimizin eşidilməsini istəməyənlər 3 faizlik seçki baryeri qoymaqla bizə mane oldular. Bu kifayət etmədi, AP seçkilərində də bunu həyata keçirdilər. “Bu maneəyə baxmayaraq, niyə seçkilərə giririk” sualı ağlımıza gələ bilər. Qarşılaşdığımız bütün haqsızlıqlara və bizi görməməzliyə vuranlara baxmayaraq, birlikdə və yekdilliklə “Biz buradayıq” demək üçün bu seçkilərdə iştirak edirik”.

Yunanıstanda haqsızlığa məruz qalanlarla həmrəy olduqlarını vurğulayan Çiğdem Asafoğlu AP seçkilərində Makedon əsilli Yunanıstan vətəndaşı namizədi siyahılarına daxil etdiklərini qeyd edib.

Mission News Theme by Compete Themes.