Press "Enter" to skip to content

Səhiyyə Nazirliyində Qlobal Fondun Missiyası ilə görüş

Görüş zamanı

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində Qlobal Fondun Portfolio meneceri Olqa Avdeyevanın başçılıq etdiyi Missiya ilə görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanın Qlobal Fondla əməkdaşlığa önəm verdiyini qeyd edib. Onun sözlərinə görə, SN Qlobal Fondun missiyaları ilə mütəmadi keçirilən görüşləri mövcud əlaqələrin daha da inkişafına böyük dəstək verir. T.Musayev 2005-ci ildən etibarən QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun Azərbaycanda vərəm əleyhinə fəaliyyətin dəstəklənməsində yaxından iştirak etdiyini bildirib. Nazir, həmçinin ötən ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Azərbaycanın “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırılmasını xatırladıb. Sonda .Musayev SN ilə Qlobal Fond arasında səmərəli əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyini qeyd edib”.

Sonra xəbərdə qeyd olunur ki, “öz növbəsində Qlobal Fondun Missiya rəhbəri Azərbaycanın “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırılmasını yüksək qiymətləndirib. Azərbaycanın QİÇS və digər yoluxucu xəstəliklərə qarşı mübarizə sahəsində gördüyü işləri müsbət qiymətləndirən O.Avdeyeva, göstəricilərin region üzrə uğurlu olduğunu bildirib. Missiya rəhbəri, həmçinin Qlobal Fond və SN ilə birgə bir sıra mühüm layihələrin icra olunduğunu vurğulayıb”.

Görüşdə həmçinin əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə olunub.

Mission News Theme by Compete Themes.