Press "Enter" to skip to content

MEK-də fövqəladə hallarla bağlı praktiki məşğələlər

Məşğələ zamanı

BAYRAQDAR MEDIA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) fövqəladə hallar zamanı hərəkət qaydalarına dair növbəti praktiki məşğələ keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə bildirilir ki, “budəfəki məşğələdə kitabxananın direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, Dos. Hüseyn Hüseynov, direktor müavinləri, elmi katib və əməkdaşlar iştirak edib. MEK-in Mülki Müdafiə qərargahının rəisi Gülağa Cahangirov tərəfindən aparılan məşğələdə kitabxanada mövcud olan təxliyə planına əsasən fövqəladə hallar zamanı (yanğın və zəlzələ) binanın tərk edilməsi qaydaları və hərəkət ardıcıllığı, binanı tərk edən əməkdaşların müəyyən edilmiş toplanma məntəqəsində cəmləşməsi, kitabxana daxilində bədbəxt hadisələrin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi, fövqəladə hallara (FH) qarşı hazırlıqlı olmağın yolları, həmin müddət zamanı təhlükəsizliyin təmin edilməsi və təşvişin yaranmaması haqqında maarifləndirici məqsəd daşıyır”.

Qeyd edək ki, MEK əməkdaşları üçün bundan öncə də keçirilən məşğələlər zamanı kitabxananın bütün mərtəbələri üzrə təxliyə planı dəqiqləşdirilib, əsas və ehtiyat çıxışları göstərilib, digər bu kimi fövqəladə hallar zamanı hərəkət qaydalarına aydınlıq gətirilib.

Mission News Theme by Compete Themes.