Press "Enter" to skip to content

Kitab tanıtma: “Heydər Əliyev. 100 faktın tarixi”

Heydər Əliyev. 100 faktın tarixi

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) müxtəlif nəşrlər mühafizə edilir. Onlar içində “Heydər Əliyev. 100 faktın tarixi” kitabı da yer alır.

Nəşrdə Ümummilli Lider, müasir Azərbaycanın qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan tarixindəki roluna dair 100 mühüm hadisə və tarixi fakt yer alıb. Kitabda Ümummilli Liderin dövlətçilik fəaliyyətinin əsas istiqamətlərindən 100 ən əlamətdar olanı seçilib, onun müsahibələrinə, çıxışlarına və bəyanatlarına, eləcə də səfərlərinə və müxtəlif görüşlərinə toxunulub.

Bildirək ki, H.Əliyev Azərbaycana rəhbərlik etdiyi birinci və ikinci dövrlərdə, habelə Sovet İttifaqında məsul vəzifədə və Naxçıvanda fəaliyyətdə olduğu illərdə Azərbaycan xalqının böyük dəstəyinə arxalanaraq, gərgin mübarizə nəticəsində dövlət müstəqilliyinin əbədi, daim, dönməz olması üçün müstəsna xidmətlər göstərib.

“Heydər Əliyev İli” çərçivəsində ərsəyə gətirilmiş və geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş nəşrin ideya müəllifləri və məsləhətçiləri millət vəkilləri Elnur Allahverdiyev və Soltan Məmmədov, elmi redaktoru tarix elmləri üzrə fəlsəfə doktoru Yəhya Babanlı, tərtibçiləri isə Elşad Miraləm və Rüstəm Qaraxanlıdır.

Mission News Theme by Compete Themes.