BAYRAQDAR MEDİA – Həbs cəzasına məhkum edilmiş məşhur kinorejissor Məhəmməd Rəsulaf gizli yolla İranı tərk edib.
Bu barədə xəbəri “Azad İran” Telegram kanalı “Radio Zamaneh”ə istinadla yayıb.
Xəbərdə deyilir ki, “8 il müddətinə azadlıqdan məhrum edilən məşhur iranlı kinorejissor Məhəmməd Rəsulaf gizli şəkildə İranı tərk edərək Avropaya gedib”.
Vurğulanıb ki, “mayın 8-də Tehranın İnqilab Məhkəməsi kinorejissoru tənqidi film çəkdiyi üçün həbs cəzasına məhkum edib və həmin filmin ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədilə hazırlandığını iddia edib”.
Kinorejissor Instagram hesabında ölkədən çıxmasına kömək edənlərə təşəkkür edərək bildirib ki, “hazırda İranın coğrafi sərhədlərində olmasam da İranın mədəni sakiniyəm”.
Qeyd edək ki, rejissorun Avropada harada olması məlum deyil.