Press "Enter" to skip to content

Dövlət Məşğulluq Agentliyinin hesabatı

DMA

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən yanvar-aprel ayında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Bu barədə xəbər BAYRAQDAR MEDİA-ya Dövlət Məşğulluq Agentliyindən verilib.

Xəbərdə deyilir ki, “onlardan 58,5 min nəfəri münasib işlərlə təmin edilib, 1,3 min nəfər isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib”.

Vurğulanıb ki, “qeyd olunan dövrdə Agentlik tərəfindən 5,6 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 75 min şəxsə isə peşəyönümü xidmətləri göstərilib”.

Mission News Theme by Compete Themes.