Son yeniləmə: 14 May 2024 11:27
BAYRAQDAR MEDİA – İyunun 22-də Berlində Azərbaycanlı Mühəndislərin Avropa Forumu olacaq.
Bu barədə BAYRAQDAR MEDİA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, “Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı və Azərbaycanın Almaniyadakı Səfirliyinin iştirakı ilə keçiriləcək Forum “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gerçəkləşdiriləcək. Forumda Avropa universitetlərində təhsil almış, habelə hazırda Avropada mühəndis olaraq çalışan azərbaycanlıların iştirakı nəzərdə tutulur. Bununla əlaqədar Forumun Təşkilat Komitəsi soydaşlarımızı bu linkə daxil olaraq qeydiyyatdan keçməyə dəvət edir”.
Məlumata görə, “Azərbaycanlı mühəndislərin Avropa Forumu”nun “COP-29” tədbiri ərəfəsində təşkili, azərbaycanlı mütəxəssislərin bu mötəbər tədbirlə bağlı müzakirələr aparmasına və müvafiq təkliflərin ümumiləşdirilməsinə imkan yaradacaq: “Eyni zamanda Forum Azərbaycanın beynəlxalq səviyyədəki təsirini artıracaq və bu sahədə fəaliyyət göstərən Azərbaycanlı mütəxəssislərin beynəlxalq səviyyədə təcrübələrini paylaşmaq üçün bir platforma təqdim edəcəkdir.