Son yeniləmə: 14 May 2024 15:15
BAYRAQDAR MEDİA – Azərbaycanla Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) arasında qardaşlıq bağları hər keçən gün daha da güclənir. Buna təkan verən isə bütün sahələrədə, o cümlədən mədəni sahədə əməkdaşlıqlardır. Elə mayın 16-da Bakıda keçiriləcək konserti də bu istiqamətdə atılan növbəti addım kimi dəyərləndirmək olar.
KKTC-nin Azərbaycan nümayəndəliyindən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, mayın 16-da Bakıda “Gönülden Gönüle Kardeşlik Şarkıları” (“Könüldən könülə qardaşlıq nəğmələri”) adlı konsert Milli Konservatoriyanın salonunda olacaq.
Məlumata əsasən KKTC-nin Azərbaycandakı nümayəndəliyinin və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) birgə təşkilatçılığı ilə təşkil edilən konsertin qonağı Kıbrıs Bahar Esintileri Sanat Derneği Xoru olacaq.
Nərgiz Əliyevanın dirijorluğu ilə Buta İnstrumental Orkestrinin müşayiət ilə reallaşacaq konsertdə iki qardaş ölkənin sevilən nəğmələri səslənəcək.