BAYRAQDAR MEDİA – Mayın 20-si saat 19:00-da Qədim Zəngəzur Teatrı Rəşid Behbudov adına Mahnı Teatrının səhnəsində 44 günlük Vətən savaşına həsr etdiyi “44 dəqiqə” tamaşasının premyerasını təqdim edəcək.
Bu haqda xəbəri BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın bədii rəhbəri, aktyor, rejissor, dublyaj ustası Ramil Zeynalov verib.
Ramil Zeynalov bildirib ki, “tamaşa 44 günlük Vətən savaşına həsr olunub. Müharibədə əsgərlərin keçirdiyi hisslər, döyüş zamanı başlarına gələn hadisələr, vətənpərvərlikləri əks etdirilib. Tamaşada döyüşçülər mülki həyatdakı yaşayış tərzlərini, talelərini bir-birlərinə danışır”.
Tamaşada komandir rolunda Ramil Zeynalov; qoca rolunda Mahir Mirişov; əsgər rollarında Əlixan Nağıyev, Sübhi Fərəcov, Allahverdi Qurbanov; artist rolunda Absalam Həşimli və erməni rolunda Elçin Aydın olacaq.