Son yeniləmə: 13 May 2024 09:39
BAYRAQDAR MEDİA – “Adında “türk” sözü olduğu üçün Gümülcine Türk Gençler Birliğinin (GTGB) fəaliyyəti Yunanıstandan rəsmən qadağan edilib. Hazırda biz qeyri-rəsmi şəkildə fəaliyyət göstəririk”.
Bunu Anadolu Ajansına açıqlamasında Gümülcine Türk Gençler Birliği Başkanı (GTGB) Sedat Hasan deyib.
Millet Gazetesinin məlumatılna görə, Sedat Hasan bildirib ki, Yunanıstanda türk kəlməsinə qarşı hücular davam edir.
S.Hasan, 1983-cü ildə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) elan edilməsi ilə Yunanıstanın Batı Trakyada adlarında “türk” sözü olan 3 dərnəyin lövhələrini qisas olaraq götürüldüyünü vurğulayıb.
O, Batı Trakya türklərinin kimlik və öz müftilərini seçmək kimi müqavilələrdən irəli gələn hüquqlarının geri verilməsini tələb etdiklərini bildirib.