BAYRAQDAR MEDİA – Pakistan Milli Müdafiə Universitetinin rəhbərliyi və Laos nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya “ASAN xidmət”dən məlumat verilib.
Məlumatda deyilir ki, “qonaqlara “ASAN xidmət”, eləcə də qurumun digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayıb. Hazırda “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi də vurğulanıb”.
Bildirilib ki, “qonaqlar “ASAN xidmət” konsepsiyasını yüksək qiymətləndirib. Laos tərəfi ilə keçirilən görüş zamanı “ASAN xidmət” təcrübəsinin paylaşılmasına dair ilkin razılığa gəlinib. Nümayəndə heyətləri “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD”ın və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olub”.