Son yeniləmə: 13 May 2024 11:29
Qardaş ölkə məktəbliləri Bakıda olub
BAYRAQDAR MEDİA – Bu günlərdə Türkiyənin Yunus Emre İnstitutunun təşkilatçılığı ilə “Qardaş musiqilər, qardaş rəqslər və qardaş ədəbiyyatlar” layihəsi çərçivəsində mühüm addım atılıb. Belə ki, Ankarada fəaliyyət göstərən Məmməd Əmin Rəsulzadə adına Anadolu Liseyinin bir qrup yuxarı sinif şagirdi və onları müşayiət edən müəllim heyəti Bakı Türk Anadolu Liseyinin qonağı olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Bakı Türk Anadolu Liseyindən məlumat verilib.
Yunus Emre Enstitüsü tarafından desteklenen"Kardeş Ezgiler,Kardeş Danslar,Kardeş Edebiyatlar Projesi" kapsamında Bakü'de bulunan kardeş okulumuz Mehmet Emin Resulzade Anadolu Lisesi ile okulumuz işbirliğinde spor salonumuzda final programı yapıldı.@BakuEgitim @TC_BakuBE @mebyyegm pic.twitter.com/C8ZE90GWUl
— Bakü Türk Anadolu Lisesi (@baku_turk) May 10, 2024
Bildirilib ki, “səfər çərçivəsində qonaqlar bir həftə ərzində Bakının gəzməli, görməli və tarixi yerləri ilə tanış olub, İçərişəhər, Dənizkənarı Park, Atəşgah və s. yerləri ziyarət edib. Maraqlı cəhət burasıdır ki qonaq gəlmiş hər bir şagird səyahət etdikləri günlərdə ayrı-ayrılıqda öz həmyaşıdlarının ailələrinin tərkibində yaşamış və onların qonağı olub. Bu isə canı bir, qanı bir həmyaşıdlarının qarşılıqlı olaraq həyat və məişət şəraitləri barədə müəyyən bilgilərə sahib olmaqda yardımçı olub”.
Yunus Emre Enstitüsü'nün destekleriyle gerçekleştirilen “Kardeş Ezgiler, Kardeş Danslar, Kardeş Edebiyatlar” projesi kapsamında Bakü' de bulunan Mehmet Emin Resulzade Anadolu Lisesi'nin öğrencileri ve öğretmenleri, Yunus Emre Enstitüsü Bakü Temsilciliği'ni ziyaret etti. pic.twitter.com/wcvqZdwfpx
— Bakü Türk Anadolu Lisesi (@baku_turk) May 7, 2024
Məlumata əsasən, ziyarətin ən maraqlı anları Bakı Anadolu Türk Liseyində yaşanıb: “Liseyin bayramsayağı bəzədilən geniş idman salonu tədbirə qatılan valideynlər, müəllimlər və dəvət edilən qonaqlarla dolu idi. Tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səslənməsi və hər iki qardaş ölkənin ərazi bütövlüyü uğrunda öz canından keçərək şəhid olmuş vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə Bakı Anadolu Türk Liseyinin müdürü Abdullah Yılmaz açaraq Ankaradakı M.Ə.Rəsulzadə adına Anadolu Liseyindən gəlmiş qonaqları salamlayıb. Sonra söz M.Ə. Rəsulzadə adına Anadolu Liseyinin müdürü Taylan Kayaya verilib. Taylan Kaya, qonaq olduqları günlərdə onlara yüksək qonaqpərvərlik göstərən ailələrə, lisey rəhbərliyinə və təşkilatçılara öz minnətdarlığını bildirib”.
Məlumata əsasən sonra hər iki liseyin şagirdlərinin ifasında qarşılıqlı olaraq geniş mahnı, rəqs və bədii qiraət proqramı dinlənilib: “İştirakçılara hədiyyələr təqdim edilib”.
Səfər çərçivəsində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı da Bakıya gələn müəllim və şagirdlərlə görüşüb. Görüşdə səfir onları bu münasibətlə təbrik edərək hədiyyələr təqdim edib.
Azerbaycan’la eğitim alanında işbirliğimizin önemli bir parçası olan kardeş okul projesi kapsamında Bakü’de bulunan MEB Ankara Mehmet Emin Resulzade Anadolu Lisemizden öğrenci ve öğretmenlerimiz, Büyükelçimiz @cahitbagci ya ziyarette bulunmuş; Büyükelçimiz, öğrencilerimizle… pic.twitter.com/sOUIaQBmFj
— Türkiye in Azerbaijan (@TC_BakuBE) May 8, 2024
Qeyd edək ki mayın 20-də Bakı Anadolu Türk Liseyinin bir qrup müəllim və şagirdlərindən ibarət heyətin də Bakıdan Ankaraya cavab səfəri gözlənilir.