BAYRAQDAR MEDİA – Medianın İnkişafı Agentliyi (MEDİA) onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edir.
Bu haqda MEDİA-nın yaydığı xəbərdə deyilir.
Xəbərdə qeyd edilir ki, “Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada portal vasitəsi ilə MEDİA-ya təqdim edilir. Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 3 min manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 ay müddətində qüvvədə olur”.
Qeyd edək ki, müsabiqəyə 23 may 2024-cü il tarixinədək müraciət etmək lazımdır.
Müsabiqənin qaydaları ilə keçid vasitəsi ilə ətraflı tanış olmaq mümkündür.