BAYRAQDAR MEDİA – Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İctimai Birliyi “Əmək münasibətlərində şəffaflığın təmin edilməsində Əmək müqaviləsinin əhəmiyyəti” layihənin icrasına başlayıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Bilrikdən məlumat verilib.
Bildirilib ki, “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə gerçəlkləşən layihə çərçivəsində Masallı şəhərində məlumatlandırma-maarifləndirmə tədbiri keçirilib”.
Məlumata əsasən, “tədbirdə əmək müqaviləsi bağlanmasının əhəmiyyəti, əmək müqaviləsi bağlanmamasının səbəbləri və fəsadları, Əmək və vergi qanunvericiliyinin qeyr-rəsmi əmək bazarının həcminin məhdudlaşdırlmasına mane olan müddəaları, həmçinin əmək müqavilələri əvəzinə mülki-hüquqi müqavilələrin bağlanmasının mənfi təsirləri və s. mövzuda müzakirələr aparılıb. Tədbirdə mövzu ilə bağlı prezentasiya təqdim ediliib, iştirakçıların sualları cavbladırılıb”.
O da qeyd edilib ki, məlumatlandırma-maarifləndirmə ilə bərbər ehtiyacı olan vətəndaşlara yerindəcə hüquqi yardım göstərilib.