Son yeniləmə: 13 May 2024 08:54
BAYRAQDAR MEDİA – Türkiyə – Azərbaycan, Türkiyə – KKTC və Azərbaycan – KKTC Parlamentlərarası Dostluq Qrupları təmaslar aparmaq üçün Kuzey Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) səfər edib.
Bu barədə Kıbrıs Postası məlumat yayıb.
KKTC parlamentinə istinadən verilən məlumatda deyilir ki, Azərbaycan-KKTC Parlamentlərarası Dostluq Qrupunun sədri Cavanşir Feyziyev, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, Türkiyə-KKTC Parlamentlərarası Dostluq Qrupunun sədri Orhan Erdem, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Ehliman Emiraslanov və onları müşayiət edən nümayəndə heyətləri 12-16 may tarixləri arasında iclas və görüşlərdə iştirak edəcək.
Məlumata əsasən, “nümayəndə heyətləri KKTC-yə rəsmi səfərə mayın 13-ü bazar ertəsi Kıbrıs türklərinin lideri Dr. Fazıl Küçük və Qurucu Cümhurbaşqanı Rauf Denktaşın məzarlarını ziyarət etməklə başlayacaq. Heyətlər yerli vaxtla saat 10:00-da Dr. F.Küçükün, 10:30-da isə R.Denktaşın məzarını ziyarət edəcək”.
Qeyd edilib ki, daha sonra heyətləri saat 11:00-da KKTC Cümhurbaşqanı Ersin Tatar, 11:30-da TBMM sədri Zorlu Töre, 12:00-da Baş nazir Ünal Üstel, 12:30-da isə xarici işlər naziri Tahsin Ertuğruloğlu qəbul edəcək: “Bundan sonra toplantı və ziyarətlər olacaq. Saat 14:50-də Cümhuriyyət Məclisində Türkiyə-Azərbaycan-KKTC Parlamentlərarası Dostluq Qrupunun rəhbərləri və nümayəndə heyətləri arasında işgüzar görüş keçiriləcək. Lefkoşadakı Barbarlıq Muzeyi, Dr. Küçük Muzeyi, Büyükhan, Lokmacı Sərhəd Qapısı və Alparslan Türkeşin Evi ziyarət ediləcək”.
Heyətlərin mayın 13-də qatılacağı son tədbir saat 18.30-da İskeledə Kayıp Otobüs Anıtının açılış mərasiminə qatılacaq.
Məlumata əsasən, mayın 14-də saat 09:30-da Boğaz Şəhidliyini ziyarət edəcək heyətlər, saat 15:00-dan sonra Mağusada təmaslar keçirərək Maraş və DAÜ-yə gedəcəklər: “Nümayəndə heyətləri mayın 15-də saat 10:30-da Hazreti Ömer Tekkesi, Girne Qalası, həmçinin Barış ve Özgürlük Anıtı ile Mavi Köşkü gəzəcək. Eyni gün saat 17:00-da Laptada Azərbaycan Kültür Mərkəzinin açılışı və seminar proqramına da qatılacaq qonaqlar mayın 16-da KKTC-dən ayrılacaq”.