Press "Enter" to skip to content

İran mətbuatı Azərbaycanı təhdid etdi

"Keyhan" təhdid edir...

Son yeniləmə: 12 May 2024 18:03

BAYRAQDAR MEDİA – Fars-molla rejiminin idarə etdiyi İranın “Keyhan” qəzetinin növbəti buraxılışında Azərbaycan Respublikasını açıq-aşkar təhdid edən məqalə dərc olunub.

Bu barədə xəbəri BAYRAQDAR MEDİA-ya “ArazNews”dan veriblər.

Xəbərdə deyilir ki, “qəzet Azərbaycan Respublikası ilə İsrail arasındakı münasibətlərə toxunub. Başda Azərbaycan olmaqla bəzi region dövlətlərini təhdid edərək, “buna etinasız yanaşsanız İsraildən sonra növbə sizə gələcək!” deyə xəbərdarlıq edib”.

Vurğulanıb ki, açıq şəkildə enerji ötürülməsi xətlərində təxribat törədilməsi ehtimalından danışılır.

“Asiyada bu yazıda qeyd etdiyimiz başqa bir strateji marşrut var ki, o da Bakı-Tbilisi-Ceyhan dəhlizidir. Bu dəhlizin pozulması sionist rejimin bütün iqtisadiyyatında böhrana səbəb ola bilər”, – deyə yazıda qeyd edilib.

Təhlilçilər beynəlxalq sistemə özünü bağlı hesab etməyən fars-molla rejimini mafioz-terrorçu adlandırır.

Qeyd edək ki, fars-molla rejimi region ölkələrini təxribat və sabitliyi pozan tədbirlərlə hədələdiyi halda İsrailə qarşı vuruşan HƏMAS terror qruplaşmasına dəstək vermək üçün heç bir səmərəli addım atmayıb.

Mission News Theme by Compete Themes.