Son yeniləmə: 13 May 2024 09:35
BAYRAQDAR MEDİA – Batı Trakya türkləri mayın 13-də Türkiyədə baş nazir Kiriakos Mitsotakislə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın görüşündə Lozanna müqaviləsindən irəli gələn hüquqların tam şəkildə yerinə yetirilməsi məsələsinin müzakirə ediləcəyini gözləyirlər.
Millet Gazetesi xəbər verir ki, Batı Trakya Türk Azlıqları Məsləhət Şurasının (BTTADK) sədri, Gümülcine Müftisi seçilmiş İbrahim Şerif Anadolu Ajansına açlqlamasında belə deyib.
Yunanıstanın türk azlığının Lozanna müqaviləsindən irəli gələn bir çox hüquqlarını həyata keçirməsinə mane olduğunu bildirən İ.Şərif, azlığın dini liderlərinin müftiləri seçmək hüququnu nəzərdə tutan razılaşmalara diqqət çəkib: “Bu müqavilələrə əsasən xristian adətində olduğu kimi, xalq müftiləri seçməlidir. Müftilər baş müftiləri də seçməlidir”.
Lakin İ.Şerif, Yunan administrasiyasının 1990-cı ildə türk azlığın öz müftilərini seçmək hüququnu əlindən aldığını və müftilərin Yunan administrasiyası tərəfindən təyin edilməsi praktikasına başladığını xatırladıb.
Gümülcine və İskeçedə dövlət tərəfindən təyin edilən və xalq tərəfindən seçilən müftilərin olduğuna diqqət çəkən İ.Şərif, “Burada müfti müsəlman xalq tərəfindən seçilməlidir, amma gördüyümüz kimi, dövlət burada təyinat üsulundan istifadə edir. Bu sizin müftinizdir, dininizi formalaşdıracaq və ya sizə rəhbərlik edəcək şəxs budur. Ancaq dinimiz və müqavilələr bizə müftimizi seçmək hüququ verir” deyib.