Son yeniləmə: 13 May 2024 09:40
BAYRAQDAR MEDİA – Quzey Makedoniyanın Dövlət Seçki Komissiyası (DSK) ilk rəsmi nəticələri açıqlayıb.
Yeni Balkan xəbər verir ki, bu nəticələrə əsasən, VMRO-DPMNE-nin rəhbərlik etdiyi “Sizin Makedoniya” koalisiyası 58 mandat qazanaraq geniş fərqlə seçkinin qalibi olub: “Rəsmi nəticələrə görə, parlamentdə ikinci ən böyük birləşmə 19 deputat qazanan BŞİH-nin rəhbərlik etdiyi “Avropa Cəbhəsi” olub. SDSM-nin rəhbərlik etdiyi “Avropanın Gələcəyi” koalisiyası 18 deputat qazanıb. Bir neçə Alban partiyasının yaratdığı VLEN (Dəyər) koalisiyası 13 deputat, Levica 6, Znam hərəkatı isə 6 deputat qazanıb”.
Məlumatda deyilir ki, parlament seçkilərində iştirak edən digər 11 siyasi qurum isə mandat qazana bilməyib: “Həmçinin DSK-nın ilk rəsmi nəticələrinə görə, VMRO-DPMNE-nin prezidentliyə namizədi Qordana Siljanovska Davkova 561 min 001 səs, hazırkı prezident və SDSM koalisiyasının namizədi Stevo Pendarovski isə 251 min 881 səs toplayıb”.