Press "Enter" to skip to content

Azərbaycanın və Yaxın Şərqin ən böyük mis mədəni talan edilir

Güney Azərbaycan talanır

BAYRAQDAR MEDİA – Güney Azərbaycanın Vərziğan bölgəsində yerləşən və türklərə məxsus Süngün mis mədəni fars-molla rejiminin qarətinə məruz qalıb.

Bu barədə xəbəri GünAz.TV yayıb.

Xəbərdə deyilir ki, “Süngün mis mədəninin illik gəliri 80 trilyon tümən (1 milyard 200 milyon dollar) təşkil edir və bu gəlir Kirman əyalətinə daşınır”.

Kəleybər şəhərinin İran parlamentindəki nümayəndəsi Behnam Rizvani mədənin gəlirindən Şərqi Azərbaycan əyalətinə illik 8 trilyon tümən (120 milyon dollar) verilməli olduğu halda, dövlət büdcəsindən əyalətə ayrılan illik vəsaitin 2 trilyon tümən (30 milyon dollar) olduğunu qeyd edib: “Hazırda Qaradağ bölgəsinin bir çox kəndləri yol, tibb mərkəzləri, məktəb, içməli su çatışmazlığından əziyyət çəkir. Sadəcə Süngün mis mədəninin əyalətə verilməli olan illik gəliri ilə bütün bunları həll etmək mümkündür”.

Millət vəkilləri Əhmədrza Əlirzabeygi, Məsud Pezeşkiyan və Təbrizin millət vəkilləri İran parlamentində Vərziğanda mis emalı zavodunun inşası barədə məsələ qaldırsa da mədənin qeyri-azərbaycanlı rəhbərləri və fars-molla hakimiyyəti müxtəlif bəhanələrlə bunun qarşısını alıb.

Fars-molla hakimiyyəti bölgədə işsizliyin aradan qaldırılmasında rol oynayacaq layihəni də rədd edib.

Qeyd edək ki, İran mis hasilatının 60 faizini məhz bu mədəndən əldə etməkdədir.

Mission News Theme by Compete Themes.