BAYRAQDAR MEDİA – Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən ağacəkmə aksiyası keçirilib.
Bu haqda ETSN-nin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “Müşfiqabad qəsəbəsində təşkil olunan aksiya zamanı sözügedən qurumların rəsmilərinin, əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib. Ağacəkmə tədbirinin keçirilməsində məqsəd H.Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirmək, eyni zamanda ağacəkmə işini ümummilli hədəflərimizdən birinə çevirmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir”.