Press "Enter" to skip to content

Ulu Öndərin doğum günü Daşkənddə qeyd edildi

Tədbirdən görüntü

Son yeniləmə: 10 May 2024 15:44

BAYRAQDAR MEDİA – Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı Daşkənddəki Heydər Əliyev Meydanında mərasim keçirib.

Bu barədə xəbəri BAYRAQDAR MEDİA-ya mayın 10-da sözügedən Mərkəzdən veriblər.

Xəbərdə deyilir ki, “mərasimdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistan Respublikasında akkreditasiya olunmuş ondan çox diplomatik heyətin başçıları, Azərbaycan diasporunun fəalları, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər iştirak edib”.

Səfir Hüseyn Quliyev bildirib ki, “Ulu Öndərin dövlət təhlükəsizlik orqanları, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, nəhayət müstəqil Azərbaycan Respublikasının Prezidenti vəzifələrində çalışdığı müddətlərdə Azərbaycanın inkişafı və tərəqqisi istiqamətində göstərdiyi xidmətlər heç zaman unudulmayacaq. Xarizmatik və müdrik lider olan Heydər Əliyev ölkəsinin həm Qərb, həm də Şərq ilə sıx əlaqələr qurmasına müvəffəq olub və bununla da Azərbaycanı dünya miqyasında mühüm əhəmiyyət daşıyan ölkələr sırasına daxil edib, ölkəmiz beynəlxalq aləmdə layiqli mövqe tutub. Heydər Əliyevin ideyalarını uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin çiçəklənməsi, iqtisadi gücünün artırılması istiqamətində mühüm işlər görüb və bu istiqamətdə fəaliyyət davam edir”.

Xəbərə görə, daha sonra Azərbaycanın Özbəkistandakı səfirliyi, Azərbaycanın Özbəkistandakı Hərbi Attaşelik Aparatı, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan səfirlikləri və digər qurumlar adından, habelə mərasim iştirakçıları tərəfindən ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmətlə anılıb.

Mission News Theme by Compete Themes.