BAYRAQDAR MEDİA şair, jurnalist, Mahmud Qəşqərli Mükafatı laureatı Zərəngiz Dəmirçi Qayalıdan Təbriz həsrətli bir şeir təqdim edir.
Farsın ağasına ismarıcım var,
Təbriz mənim olub, mənim olacaq!
Eşitsin sözümü millətlər, xalqlar,
Təbriz mənim olub, mənim olacaq!
Babəkin müəzzəm qalası burda,
Cavanşir, Alparslan qalıblar darda,
Xəyalım çırpınır Savalanlarda,
Təbriz mənim olub, mənim olacaq!
Farsın törəməsi, tör-töküntüsü!
Dəysin tamahına Tanrı törpüsü,
Taleyimdir Xudafərin körpüsü,
Təbriz mənim olub, mənim olacaq!
Şəhriyar Vurğunu çağırdı burda,
“Yatmış vulkan!”- dedi qalıbdı darda!
Ey qadir Allahım, sən yetiş dada!
Təbriz mənim olub, mənim olacaq!
Həkəri hönkürər, Bərgüşad çağlar,
Göygöl lal olubdur, Qarqarım ağlar,
Kür-Araz qovuşar, əhd-peyman bağlar,
Təbriz mənim olub, mənim olacaq!
Anam Xəzər, sahillərin çil-çıraq,
Hayqırram, dünyaya salaram soraq,
İgidlərin köksü üçrəngli bayraq,
Təbriz mənim olub, mənim olacaq!
Gəlin duvaqlıdır ana Təbrizim,
Sirli-soraqlıdır ana Təbrizim,
Doğma elim-obam, bu yurdlar bizim,
Təbriz mənim olub, mənim olacaq!
Zərəngiz, oğullar eşqinə güvən,
Mübariz, Səttar xan gəşdinə güvən,
Tanrının rəhminə, şükrünə güvən!
Təbriz mənim olub, mənim olacaq!
29 sentyabr 2022-ci il