Press "Enter" to skip to content

Müxalifət parlamentdə mütləq çoxluğa malik oldu

Quzey Makedoniya parlamenti

Son yeniləmə: 10 May 2024 11:57

BAYRAQDAR MEDİA – Mayın 8-də Quzey Makedoniyada prezident seçkilərinin ikinci turu və parlament seçkiləri keçirilib.

Artıq seçkilərin ilkin nəticələri bəllidir.

Yeni Balkan xəbər verir ki, Dövlət Seçki Komissiyasının qeyri-rəsmi nəticələrinə görə, seçkilərdə müxalifətdəki VMRO-DPMNE-nin liderliyi ilə qurulan “Sənin Makedoniyan” Koalisiyası mütləq səs çoxluğu əldə edib. Onun 120 yerlik parlamentdə 58 millət vəkili olacaq.

Məlumata görə, sonrakı yerlər bu cürdür: Demokratik İnteqrasiya Bilriyinin liderliyi ilə qurulan “Avropa Cəbhəsi İttifaqı” 19, bundan öncəki iqtidar SDSM 18, Albanlardan ibarət müxalifət koalsiyası VLEN (Dəyər) 13, Levica Partiyası 6 və ZNAM Hərəkatı 6 millət vəkili.

 

Mission News Theme by Compete Themes.