BAYRAQDAR MEDİA – Mayın 10-da ölkənin hər tərəfində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi müxtəlif tədbirlərlə qeyd edilir. Bu baxımdan təhsil sektorunda da geniş tədbirlər keçirilir, Ümummilli Liderlə bağlı çıxışlar edilir.
Belə tədbirlərdən biri də Bakıdakı Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktənində keçirilib. Məktəbin direktoru vəzifəsini müvəqqəti icra edən Raminə Ağayevanın təşəbbüsü ilə Ulu Öndərin xatirəsinə konsert təşkil edilib.
Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən məktəbdən verilib.
Konsertin açılışında Heydər Əliyev haqqında, onun həyat və yaradıcılığı, siyasi fəaliyyət barədə məlumat verilib. Ulu Öndərin siyasi kursunun, inkişaf strategiyasının nə qədər uzaqgörən olduğu, bunun öz təsdiqini tapdığı bir daha qeyd edilib.
Bildirilib ki, məhz bu siyasi kurs sayəsində Azərbaycan möhkəmlənib, inkişaf edib. Ulu Öndərin siyasətini Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurla və layiqincə davam etdirməsi də ayrıca vurğulanıb. Qeyd edilib ki, İlham Əliyev 2020-ci ilin 44 günlük Vətən müharibəsindəki qələbə ilə öz adını tarixə qızıl hərflərlə yazıb.
Rəsmi hissənin ardından məktəbin ayrı-ayrı şöbələrinin şagirdlərinin maraqlı ifaları, rəngarəng musiqi nömrələri iştirakçılara təqdim edilib.