Press "Enter" to skip to content

Mayın 19-da rəsm və hekayə müsabiqəsi keçiriləcək

19 May- Atatürkü Anma, Gənclik və İdman Bayramı ilə bağlı müxtəlif tədbirlər keçiriləcək

Son yeniləmə: 10 May 2024 14:07

BAYRAQDAR MEDİA – Türkiyənin istiqlal mübarizəsinin simvolu olan 19 May- Atatürkü Anma, Gənclik və İdman Bayramı ilə bağlı müxtəlif tədbirlər keçiriləcək.

Belə tədbirlər Denizlidəki Mərkəzəfəndi Bələdiyyəsində da olacaq. Bu barədə http://denizli24haber.com saytı məlumat yayıb.

Məlumata görə, bələdiyyə tərəfindən bayram münasibətilə xüsusi rəsm və hekayə müsabiqəsi keçiriləcək: “Merkezefendidə yaşayan 14-18 yaş arası gənclərin qatılacağı “Məşəl Atatürk gəncliyinin əlində” adlı rəsm və hekayə müsabiqəsinə müraciətlər başlayıb. Müraciətlər 16 may cümə axşamı gününə qədər www.merkezefendi.bel.tr saytından ediləcək. Hər iki bənd üzrə ən uğurlu üç iştirakçıya velosiped mükafatları, bütün yarışmaçılara isə sürpriz hədiyyələr veriləcək”.

Məlumata görə, Merkezefendi bələdiyyə başqanı Şeniz Doğan, “Biz bayramlarımızı böyük ruh yüksəkliyi və qürurla qeyd etməyə davam edirik. Böyük həyəcanla qeyd edəcəyimiz 19 May-Atatürkü Anma, Gənclik və İdman Bayramı üçün xüsusi olaraq təşkil edilən yarışmamızda iştirakçılar orijinal əsərlərini sərgiləyəcəklər”deyib.

 

Mission News Theme by Compete Themes.