BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti qardaş Türkiyənin İzmir şəhərində rəsmi səfərdə olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Bildirilib ki, “məqsəd Türkiyənin məşğulluq sahəsindəki təcrübəsinin öyrənilməsi, Türkiyə Məşğulluq Xidmətinin (İŞKUR) Regional Məşğulluq filiallarında vətəndaş qəbulunun təşkili və karyera məsləhəti xidmətlərinin göstərilməsi prosesi ilə yaxından tanış olmaqdır. Səfər çərçivəsində nümayəndə heyəti İŞKUR-un İzmir şəhərində yerləşən regional məşğulluq filialında iş prosesi ilə tanış olub, İŞKUR-un iş və peşə məsləhətçiliyi xidmətləri və İş Klubunun fəaliyyəti barədə təqdimatlar edilib. Bundan başqa Agentliyin nümayəndələri Türkiyənin Çiğli və Bornova Sosial Xidmət Mərkəzinə də səfər edərək fəaliyyətləri ilə tanış olublar”.